Azərbaycanda görünməmiş hadisə: Bəy toyda içkiyə görə gəlini qaçırdı
21:58 08 Avqust 2018
Tovuz rayonunda toy mərasimində bəy gəlini qaçırdıb.
Femida.az xəbər verir ki, Azərbaycan üçün unikal hadisə barədə jurnalist Sevinc İltifatqızı öz "Facebook" səhifəsində paylşım edib.
Məlum olub ki, təzə bəy nə qız, nə də oğlan toyunda spirtli içkinin olmaması ilə bağlı şərt qoşub. Lakin "qız toyu" mərasimi zamanı bəy yemək masasında spirtli ikçinin olduğunu görüb. O, nə özünün, nə də gələcək xanımının həmin mərasimdə iştirak etməsini istəməyib və gəlini qaçırmaq qərarına gəlib: qızı fotosessiya bəhanəsi ilə bayıra çağırıb, ordan isə qaçırıb.
Gəlinin ailəsi bundan qəzəblənərək qızının və cehizlərinin qaytarılmasını tələb ediblər. Lakin araya ağsaqallar girərək məsələni həll ediblər.
Bununla belə, qız evi bəyin ailəsi ilə münasibətlərə son qoyduqlarını və "oğlan toyu" mərasimində iştirak etməyəcəklərini bildiriblər.
Oxunub: 664
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"