Bakıda FACİƏ - Fəhlə taxtaların altında can verdi

Bakıda FACİƏ - Fəhlə taxtaların altında can verdi


18:46     10 Avqust 2018 tikinti-fehle-isci-.jpg

Bakıda mebel sexində ölüm hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivində yaşayan, 1995-ci il təvəllüdlü Ağayev Ruhid Rakif oğlu Zabrat-Pirşağı şossesi 23 ünvanında yerləşən mebel sexində fəhlə işləyərkən taxta listləri yığan zaman listlər onun üzərinə aşıb. Hadisə nəticəsində listlərin altında qalan fəhlə dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 31