Oqtay Şirəliyev bir neçə rayonun sakinlərini qəbul edib

Oqtay Şirəliyev bir neçə rayonun sakinlərini qəbul edib


19:22     10 Avqust 2018 oqtay%20shireliyev12.jpg

Səhiyyə naziri Oqtay Şirəliyev bu gün –avqustun 10-da Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar, Göyçay Kürdəmir, Ağsu rayon sakinlərini qəbul edib.

Bu barədə Femida.az-a nazirliyin mətbuat katibi Pərviz Əbubəkirov məlumat verib.

Mətbuat katibi deyib ki, qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Açar sözlər:

Oxunub: 39