“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib
00:11 11 Avqust 2018
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, qanunun 10.19-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilib. Beləliklə, 1 yanvar 2019-cu ildən etibarən Ədliyyə Nazirliyi tərəfindən göstərilən icra qeydinin aparılması xidmətinə görə rüsum 20 AZN təşkil edəcək.
Qeyd edək ki, borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar.
Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Femida.az
Oxunub: 276
Oxşar xəbərlər
- Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib
- “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər qəbul edildi
- “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
- “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təsdiqlənib
- Prezident: “Dövlət nə lazımdırsa, onu edir”
- “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib
- Mübariz Qurbanlı: “Dövlət idarəçiliyində islahatlar davamlı olacaq”
- “Dövlət Aqrar Ticarət Şirkəti”nə yeni rəhbər təyin edildi
- “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi
- “Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilir