Aktauda prezidentlərin şərəfinə rəsmi qəbul təşkil edilib


23:57     12 Avqust 2018 2018/08/0D291868-3946-407B-8B3E-FE6A08C17A8F_1534089820.jpeg

Avqustun 12-də Aktauda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Qeyd edək ki, bununla da Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 184