Dəmirtaşın PKK qiyafəli mühafizəçiləri


17:19     05 Oktyabr 2015 pkkkkkkkkkkkkk.jpg

HDP başqan yardımçısı Səlahəddin Dəmirtaş Frankfurt şəhərində tərəfdarları qarşısında çıxış edib. Lakin çıxışından çox onun mühafizəçiləri müzakirə obyektinə çevrilib.


Belə ki, Dəmirtaşın mühafizəçiləri PKK terrorçularının tərzində geyinmişdilər. Kənardan baxanlar "Bunlar PKK terrorçusudurmu?" deyə fikirlər səsləndirirdilər. Buna görə də mitinqə gələn insanların fikri Dəmirtaşa yox, onun mühafizəçilərinə yönəlmişdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 738