WhatsApp-da daha bir YENİLİK
13:03 16 Avqust 2018
"WhatsApp" messencerində istifadəçilərin yazışmasında "ent-to-end" şifrləmə texnologiyasından imtina ediləcək. Faktiki olaraq messencerin sahibi olan "Facebook" şirkəti "WhatsApp"ı bu texnologiyadan imtina etməyə məcbur edib.
Femida.az ICTnews-a istinadən bildirir ki, "Facebook" şirkətinin təsisçisi olan Mark Zukerberq, öz növbəsində, deyib ki, amerika hökuməti sosial şəbəkələrə qarşı belə tələb irəli sürüb.
"End-to-end" şifrləmə texnologiyasından imtina o deməkdir ki, xüsusi xidmət orqanları istifadəçilərin şəxsi mesajlarına maneəsiz müdaxilə edə biləcək. Bu, terror aktlarının qarşısını almağa imkan verəcək.
Proqramın yenilənmiş versiyası 2019-cu ildə çıxarılacaq.
Femida.az
Oxunub: 290