“Suriya müxalifləri ilə danışıqlara hazırıq“ - Lavrov


22:03     05 Oktyabr 2015 00d7ecda7cf71658426e46c83dcbf39a.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Azad Suriya Ordusu ilə ünsiyyət qurmağa hazırdır.


Femida.az-ın məlumatına görə, Moskvada baş tutan mətbuat konfransında danışan Lavrov Azad Suriya Ordusunun həqiqi bir təşkilat olmadığını və bu təşkilat haqqında ABŞ-dan məlumat tələb etdiklərini, lakin hələ də cavab almadıqlarını vurğulayıb: “Azad Suriya Ordusu həqiqi bir təşkilat deyil.

Bir müddət bundan əvvəl ABŞ-ın xarici işlər naziri Con Kerridən bu təşkilatla bağlı məlumat istədim. Lakin bu barədə heç nə əldə edə bilmədim. Əgər Azad Suriya Ordusu həqiqətən də silahlı bir müxalifətçi təşkilatdırsa onlarla danışıqlar aparmağa hazırıq və bunu da gizlətmirik”.

Eyni zamanda Lavrov bildirib ki, Rusiyanın Suriyada apardığı bütün əməliyyatlar barədə ABŞ-la da fikir mübadiləsi aparılır. Həm ölkə prezidentləri, həm də xarici İşlər nazirləri davamlı olaraq bu məsələ ilə bağlı ünsiyyət halındadırlar.

Açar sözlər:

Oxunub: 659