Bu il kreditlərin 96,7 faizi banklar tərəfindən verilib


20:36     18 Avqust 2018 dollarla-krediti-olanlar-ne-etmeli-ekspert-reyi-620x400.jpg


Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Femida.az-a bildiriblər ki, ümumi kredit portfelinin 9 milyard 739,8 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 745,7 milyon manat olub və ümumi kredit portfelinin 14,4 faizini təşkil edib.

Femida.az

Açar sözlər: kredit   bank  

Oxunub: 203