Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? - Klubdan açıqlama

Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? - Klubdan açıqlama


23:49     20 Avqust 2018 18_08_20_1534780258.jpg

“Krılya Sovetov” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi Rusiya Premyer Liqasının rəsmi saytında bu ölkənin vətəndaşı kimi göstərib.

Femida.az “Report”a istinadən xəbər verir ki, klub bu addımın Şeydayevə işçi vizası almamaq üçün atıldığını açıqlayıb:

“Onun iki vətəndaşlığı var: Rusiya və Azərbaycan. O, Rusiya vətəndaşı kimi sifariş olunur. Çünki belə olan halda, qanunla iş üçün icazə almağa gərək yoxdur. Bu səbəbdən, Premyer Liqanın rəsmi saytında Rusiya vətəndaşı kimi göstərilib. Ancaq futbol qaydalarına görə, o, legioner sayılır. Çünki başqa ölkənin yığmasında çıxış edən oyunçu Rusiya millisinin formasını geyinə bilməz. Bu hüququ olmayanlar isə legioner hesab olunur”.

Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev avqustun 9-da Türkiyə təmsilçisi “Trabzonspor”dan ayrılıb. O, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib.

22 yaşlı hücumçu avqustun 17-də “Krılya Sovetov”la 1 illik müqavilə bağlayıb. O, Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarına çıxış edib. Lakin əsas yığma seçimini Azərbaycanın lehinə edib.

Açar sözlər:

Oxunub: 42