İki alpinisti ildırım vurub


01:11     23 Avqust 2018 alpinist5.jpg

Elbrus dağına çıxan zaman iki alpinisti ildırım vurub.

Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar üzrə Baş İdarəsinin məlumatında deyilir.

"Çərşənbə günü 16.55-də ilkin məlumat daxil oldu ki, Elbrus dağının 4300 və 4200 metr yüksəkliyində iki alpinist ildırım vurması nəticəsində xəsarət alıb", — deyə məlumatda qeyd olunur.

İdarədən bildirildiyinə görə, xəsarət alanlardan biri ağır vəziyyətdədir, digərinin vəziyyəti isə orta-ağırdır.

Hadisə yerinə FHN-in Elbrus yüksəkdağlıq axtarış-xilasetmə dəstəsinin 6 xilasedicisi yollanıb

Açar sözlər:

Oxunub: 393