Yunanıstanla Türkiyə arasında növbəti qalmaqal yaşanır


01:57     23 Avqust 2018 18_08_22_1534957146.jpg

Yunanıstan Şurası Türkiyədə 15 iyul çevrilişə cəhd hadisələrində iştirak edən qiyamçılardan Süleyman Özkaynakçıya sığınacaq hüququ verilməsinə dair yekun qərarını açıqlayıb.


Femida.az TRT-yə istinadən xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Yunanıstanın bu hərəkətlə növbəti dəfə beynəlxalq müqavilələri pozduğunu bildirib:

“Bu ölkə artıq qiyamçı və terrorçular üçün təhlükəsiz bir ölkə olub. Qərar Avropa İttifaqı və bütün ölkələr tərəfindən qınanmalı və rədd edilməlidir”.

Xatırladaq ki, bundan əvvəl Yunanıstan Mühacir İdarəsi tərəfindən 3 qiyamçıya sığınacaq hüququ verilmişdi.

Açar sözlər:

Oxunub: 235


Oxşar xəbərlər