Dövlət işçisi cəzalandırıldı


20:14     24 Avqust 2018 qanunsuz%20ovcu.jpg

20 avqust 2018-ci il tarixində Xızı rayonunda yerləşən Yaşma ovçuluq təsərrüfatının ərazisində ov qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı ərazidə ov qaydalarının pozulması faktı təsdiqini tapıb. Qanunsuz ov edən şəxsin Bakı şəhər sakini Emin Rəsulov olduğu müəyyənləşdirilib.

Faktla bağlı qanunamüvafiq tədbir görülüb və E.Rəsulov 1000 manat məbləğində cərimə edilib.

Eyni zamanda vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə əraziyə cavabdeh olan ovçuluq təsərrüfatının sahə müfəttişi Ə.Məcidov barəsində intizam tənbeh tədbiri görülüb.

Açar sözlər:

Oxunub: 200