Azərbaycanda daha bir dəhşətli qəza - 6 nəfər öldü


20:58     25 Avqust 2018 1359952125_qeza-avariya-main.jpg

Siyəzən rayonunda ağır yol qəzası baş verib.

Femida.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, Qara Siyəzən adlı ərazidə “VAZ 2107” markalı 53-BB-675 dövlət nömrə nişanlı avtomobillə “Daewoo” markalı 99-AR-259 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ötən gün də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 228