KİV: Rusiya dolları qızıla dəyişir


21:04     26 Avqust 2018 dollar4.jpg

Rusiya iqtisadiyyatın dollar hegemonluğundan qurtulması planını həyata keçirir və məhz buna görə də ABŞ dövlət istiqrazlarını sataraq qızıl alır.

Almaniya nəşri qeyd edir ki, Rusiya hökuməti Qərblə münasibətlərinin normallaşmasına ümid etmir.

Amerikalı ekspert Ceyms Rikards ehtimal edir ki, ölkə strateji plana malikdir, qızıl isə qarşıdan gələn sanksiyalara davam gətirmək üçün ideal sərmayədir.

İyulda Rusiya il ərzində maksimal miqdarda qızıl alıb: Mərkəzi bank 26,1 ton qiymətli metal əldə edib və nəticədə qızıl ehtiyatı 2170 tona çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 264