“Suriyaya kimyəvi hücum hazırlıqları gedir” - Rusiya açıqladı


20:39     30 Avqust 2018 18_08_30_1535632822.jpg

Suriyaya kimyəvi hücumla bağlı hazırlıqlar gedir.


Bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, terrorçular kimyəvi hücumu “ağ dəbilqəlilər”in dəstəyi ilə etməyə hazırlaşır. Diplomat bildirib ki, 23-24 avqust tarixlərində İdlibin Cis Əs-Şuuqur şəhərinə xlorla dolu 8 çəllək gətirilib və yaylım atəşi açan reaktiv silahlar bu xlorla doldurulacaq.

Qeyd edək ki, “ağ dəbilqəlilər” Böyük Britaniya, Almaniya, Danimarka, Qətər, ABŞ, Niderland və Yaponiya tərəfindən maliyyələşdirilən, Suriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Təşkilata müxalifətçi qruplaşmaların nəzarət etdiyi deyilir. Məqsədi döyüşlər zamanı zərər çəkən əhaliyə tibbi yardım göstərməkdir. Lakin Bəşər Əsəd hökuməti, Rusiya və İran “ağ dəbilqəliləri” səhnələşdirilmiş videolar yaratmaq və terror qruplaşmaları ilə əlaqədə ittiham edir.
(Qafqazinfo)

Açar sözlər:

Oxunub: 319


Oxşar xəbərlər