Çirkli içməli su 18 min insanı xəstələndirib


00:42     31 Avqust 2018 2018/08/CB048EE0-1AFE-4C10-A5E2-15ACCFC5629F_1535647425.jpeg


İraq Parlameti İnsan Hüquqları Komissiyası tərəfindən hazırlanan hesabatda su çirklənməsinin 18 min nəfərdə ishal, bağırsaq sancısı və qusma kimi müxtəlif narahatlıqlara səbəb olduğu açıqlanıb.

Komissiya sədri Aqil əl-Musəvi rəhbərliyi altındakı heyətin su çirkliliyindən şikayət edən bölgə sakinləri ilə keçirdikləri görüşlərdən sonra hazırlanan hesabatda Bəsrədə xüsusi kimya laboratoriyaları olmadığı üçün hökumətə bağlı səhiyyə müəssisələrinin çirkinlik növünü dəqiq bir şəkildə müəyyənləşdirə bilmədiyi qeyd edilib.

Bəsrədəki su təmizləyici qurğuların kiçik olduğu və təmirlərinin aparılmadığı, şəhərdəki problemi həll edəcək kompleksin olmadığı qeyd edilən hesabatda suyun vətəndaşlara nəqliyyat vasitələriylə daşındığı və bu nəqliyyat vasitələrinin çoxunun tullantı sular üçün də istifadə edildiyi bildirilib.

Hesabatda, həmçinin iki həftə ərzində kirli içməli su ilə bağlı xəstəliklərin yayılmasını qarşısını alacaq effektiv həll tapılmayacağı halda xəstəliklərin vəba virusuna çevrilə biləcəyi xəbərdarlığı edilib.

İraq Su Resursları Nazirliyinin məlumatlarına görə, Dünya Səhiyyə Təşkilatının içməli sularındakı nisbətinin 1200-ü keçməməsini istədiyi qatı maddə nisbəti Bəsrədəki içmə sularda 7 min 500 səviyyələrinə çatmış vəziyyətdədir.

Xatırladaq ki, Bəsrə Səhiyyə İdarəsi mətbuat katibi Ala Haşim dünən verdiyi açıqlamada şəhərdə çirkli içmə su ilə bağlı xəstəliklər səbəbiylə müalicə altına alınan insanların sayının 14 minə çatdığını bildirmişdi.

Qeyd edək ki, 25 iraqlı deputat da 26 avqustdakı açıqlamada içməli su başda olmaqla, Bəsrədə baş verən problemlərin həll edilməyəcəyi halda yeni hökumət üçün keçiriləcək səsverməyə qatılmayacaqlarını diqqətə çatdırmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 221