Dünyanın ən sürətli dronları İstanbulda yarışacaq


02:34     01 Sentyabr 2018 2018/08/AFE3DE34-5889-43C6-B588-C4AE3AFBFA5B_1535742410.jpeg

Sentyabrın 20-dən 23-dək İstanbulda Dünya Dron Çempionatı təşkil olunacaq.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, İstanbulun yeni hava limanında keçiriləcək tədbirdə dünyanın ən sürətli dronları yarışacaq.

Türkiyənin ilk aviasiya, kosmos və texnika festivalı sayılan "Teknofest İstanbul" çərçivəsində təşkil olunacaq yarışda 25-dən çox ölkəni 64 idmançı təmsil edəcək.

Dünyada ilk dəfə ən çox ölkənin təmsil olunacağı bu dron yarışında qurğuların saatda 250 kilometr sürətlə hərəkət edəcəyi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 214