Narkomanların müalicəsi ilə bağlı qərarda dəyişiklik edildi


13:45     01 Sentyabr 2018 narkoman.jpg

Nazirlər Kabineti alkaqolik və narkomanların müalicəsi ilə bağlı bir sıra qərarlara dəyişiklik edib.


Femida.az xəbər verir ki, dəyişikliklər “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın təsdiq edilməsi haqqında” və “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlara şamil edilib.

Bu qərarlardakı “tibbi rəyə” sözləri “həkim-məsləhət komissiyasının rəyinə” sözləri ilə əvəz edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 236


Oxşar xəbərlər