Dərsliklərin paylanılmasına başlanılıb


19:23     03 Sentyabr 2018 derslik.jpg

Sentyabrın 3-dən şagirdlər dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər.



Təhsil Nazirliyindən Femida.az-ə verilən xəbərə görə, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 243