“Şöhrət” ordenli baş həkim işdən çıxarıldı


14:26     07 Oktyabr 2015 401174937.jpg


Sumqayıtın idarə və müəssisələrində aparılan kadr islahatları davam edir.

Femida.az xeberler.com-a istinadən xəbər verir ki, bu dəfə Sumqayıt şəhər Maliyyə İdarəsinin müdiri Süleyman Köçərli tutduğu vəzifədən kənarlaşdırılıb. Onun yerinə isə idarənin müdir müavini vəzifəsində çalışan Mətləb Möhübbət oğlu Məhərrəmov təyin olunub.

Kadr islahatları səhiyyə müəssisələrindən də yan keçməyib. Belə ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi, "Şöhrət” ordenli Vaqif Qəhrəmanov işdən çıxarılıb. Baş həkim vəzifəsinə Rauf Sadıxov təyin olunub.

Qeyd edək ki, Rauf Sadıxov tanınmış həkim İzzət Sadıxovun oğludur. R. Sadıxov 2005-2011-ci illərdə Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2009-cu ildə prezidentin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Açar sözlər:

Oxunub: 1181


Oxşar xəbərlər