Paşinyanı Azərbaycana nə bağlayır? - Böyük Vətən Müharibəsinin arxiv sənədləri açıldı


19:08     06 Sentyabr 2018 18_09_06_1536232161.jpg

Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanla bağlayan tellər tapılıb.

Femida.az modern.az-a istinadən xəbər verir ki, Böyük Vətən Müharibəsi ilə bağlı arxiv sənədlərində baş nazirin babasının qardaşı Sarkis Saribekoviç Paşinyanın adına rast gəlinib.

1919-cu ildə İcevan rayonunun Sevkar kəndində anadan olan Sarkis Paşinyan kiçik leytenant rütbəsində SSRİ-nin 16-cı Hərbi Hava Qüvvələrinin 237-ci qırıcı aviasiya alayında pilot kimi xidmət edib. Sovet arxivlərindəki məlumatlara əsasən, 1941-ci ilin avqustunda Tambov şəhər sakini Aleksandra Nikolaevna ilə ailə həyatı quran erməni pilot 1942-ci il noyabrın 10-da döyüş tapşırığından geri qayıtmayıb.

Bu zaman onun ailəsinin Azərbaycanın Qazax rayonu ərazisində məskunlaşdığı məlum olub.

Başqa arxiv sənədində isə Sarkis Paşinyanın 1945-ci il iyulun 10-da alman əsirliyindən azad edildiyi və 14-cü ehtiyat atıcı diviziyasında müvafiq yoxlamadan keçdikdən sonra 1946-cı il noyabrın 30-da mülki həyata buraxıldığı qeyd olunub. Həmin yoxlamaların Paşinyanın əsirlikdə olarkən almanlarla əməkdaşlıq etməsi ehtimalı üzərindən aparıldığı qeyd olunur.






Femida.az

Açar sözlər: paşinyan  

Oxunub: 489