5 kq yaxın narkotik müsadirə edilib


20:59     07 Sentyabr 2018 18_09_07_1536325181.jpg

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, sentyabrın 6-da Siyəzən RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Elvin Şamilov tərəfindən Siyəzən şəhəri ərazisində yerləşən yaşıllıq ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

RPŞ-nin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan yaş çəkisi 5 kq yaxın, hündürlüyü 160-190 sm olan 4 ədəd çətənə kolu və saxlanılan şəxsin üzərindən qurudulmuş marixuana aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Açar sözlər:

Oxunub: 181