Prezident yol tikintisinə 3,8 milyon manat ayırdı


22:21     07 Sentyabr 2018 345135_456625serencam69.jpg

Prezident İlham Əliyev Hacıqabul rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 173