İnsanı daşa döndərən Bexterev xəstəliyi nədir?


16:04     08 Sentyabr 2018 18_09_08_1536394009.jpg

Bexterev xəstəliyi dayaq-hərəkət aparatının sistem xəstəliyidir, onurğa fəqərələri arası bağların degenerativ prosesləri ilə gedir.
Xəstəliyin özü kimi səbəbi də naməlumdur. Bir versiyaya görə, bu bir genetik mutasiyadır. Oyadıcı təsir kimi infeksion yoluxmalar, bəzi viruslar səbəbdir.



Simptomları:

-Kürəkdə, beldə ağrılar, hətta uzananda, sakit dayananda belə səngimir
-Səhər saatlarında hərəkətin daha çox məhdudlaşması
-Beldə, budda, yanlarda ağrı
-Ağrılar sakit halda artır, gəzəndə bir az zəifləyir
-Xəstənin onurğa formasında deformasiya görülür
-Döş qəfəsi hissəsində hərəkətlilik pozulur
-Zədələnmə və deformasiya aşağıdan yuxarıya doğru başlayır


Diaqnostika:

Bexterev xəstəliyi çox onurğa, dayaq-hərətək xəstəlikləri ilə oxşardır. Xəstəni və həkimi çaşdıra bilər. Həkim revmatoloq xəstəni müayinə edir, anamnez, Kt və ya MRT təyin olunur.

Müalicəsi:

Bexterevin müalicəsi çətindir, dərman terapiyası çox az effekt verir. Konservativ müalicə ağrını azaltmaöa və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa hesablanır.

Xəstəyə idman, fizioterapiya da təyin olunur. Massaj, üzgüçülük məsləhətdir.

Açar sözlər: #xestelik   #Müalicə   #hekim  

Oxunub: 2411


Oxşar xəbərlər