Hədə-qorxu ilə qadının pulunu alan qrup üzvləri tutuldu


18:21     10 Sentyabr 2018 hebs5.jpg

Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 323