İşdən çıxarılan generalın yerinə təyinat oldu
16:24 11 Sentyabr 2018
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun yerinə yeni təyinat olub.
Femida.az modern.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Orxan Əziz oğlu Qasımov Pentensiar Xidmətin rəis müavini təyin edilib.
Qeyd edək ki, təyinat dünən - sentyabrın 10-da gerçəkləşib. O.Qasımov kollektivə təqdim edilib.
Xatırladaq ki, general Hüseyn Əlixanovun adı bir müddət əvvəl məhbuslar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. Həmin hadisədən sonra - bu ilin mayında general H.Əlixanov vaxtından əvvəl təqaüdə göndərildi.
Femida.az
Oxunub: 364
Oxşar xəbərlər
- İşdən çıxan şəxslər dövlətdən pul ala biləcəklər - QAYDALAR - VİDEO
- İşdən çıxarılan polis rəisi yeni vəzifəyə təyin olundu
- İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”
- İşdən çıxarılan icra başçısı həbs edildi
- İşdən azad edilən baş həkim Səhiyyə Nazirliyini məhkəməyə verdi
- İşdən çıxan işçilərə hansı halda kompensasiya ödənilməlidir?
- İşdən qeyri-qanuni şəkildə azad edilmiş 88 işçi öz işlərinə bərpa olunub
- İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
- İşdən çıxarılan 77 nəfər işlərinə bərpa olunub
- İşdən çıxarılan direktor və digərlərinin adı Təhsil Nazirliyinin saytından niyə çıxarılmır? -FOTO