“Total” İrana 80 milyard dollar zərər vurdu


01:47     12 Sentyabr 2018 2018/09/1D42C1D6-BCF4-4447-BD24-DCDCDE596B70_1536686951.jpeg

Son 16 ildə “Total” neft şirkətinin sayəsində İran 80 milyard dollar zərərə uğrayıb.

Femida.az xəbər verir ki, bunu İran parlamentinin büdcə və planlaşdırma komissarı Hüseyn Əli Hacı Deliqani bildirib.

O deyib ki, şirkət hər dəfə ölkəni tərk edəndə, iqtisadiyyata böyük ziyan vurub:

“Şirkət bir neçə dəfə İrana gəlib-getməsinə baxmayaraq, hər hansı bir ziyana düşəməyib. Neft Nazirliyi yenidən bu şirkətlə müqavilə imzalayıb”.

Xatırladaq ki, İran rəhbərliyi ilə P5+1 ölkələri (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) 2015-ci ilin iyul ayında nüvə proqramının məhdudlaşdırılması barədə razılığa gəlmişdilər.

ABŞ may ayında nüvə müqaviləsindən birtərəfli olaraq çıxdığını açıqlayıb. Bu ölkənin Xəzinə Nazirliyi isə 2015-ci ildə dayandırılmış İran sanksiyalarının avqustun 6-dan etibarən qüvvəyə mindiyini bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 250


Oxşar xəbərlər