Bal yarmarkasının yeri dəyişdirildi
15:53 12 Sentyabr 2018
Bu il oktyabrın 5-dən 28-nə qədər Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılan Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkasının yeri dəyişdirilib.
Femida.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) təşkil olunacaq.
Qeyd edək ki, sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.
Femida.az
Oxunub: 249
Oxşar xəbərlər
- Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib