Gömrük Orqanlarında 9 nəfər işdən çıxarılıb - 113 nəfərə töhmət verilib


16:09     12 Sentyabr 2018 gomruk4.jpg


Dövlət Gömrük Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov bu ilin 8 ayı ərzində ölkənin Gömrük Orqanlarında qeydə alınan nizam-intizam xəbərdarlıqları barədə məlumat verib.

Femida.az-ın məlumatına görə, komitənin 8 aylıq yekun konfransında çıxış edən idarə rəisinin sözlərinə görə, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edilib və cinayət işi açılıb:

“Komitənin daxili istintaq idarəsində keçirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb. 9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi aşağı salınıb. 47 nəfər son şiddətli töhmət verilib. 113 nəfərə töhmət verilib. 20 nəfərə irad bildirilib. 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #DGK   #gömrük  

Oxunub: 409