Deputatdan Tolikə etiraz: "Bu, tərbiyyəsizlikdir"


01:59     13 Sentyabr 2018 18_09_12_1536773005.jpg

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan prodüser Tarix Əliyevə etirazını bildirib.
AzVision.az xəbər verir ki, deputat T.Əliyevin mərhum prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi fikirləri pisləyib.

"Sosial şəbəkələrdə Xəzər TV-nin aparıcılarından olan Tarix Əliyevin (Tolik) Əbülfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm. Bunu Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Elçibəyə və xalqımıza qarşı təhqir kimi qiymətləndirirəm. Mən Elçibəyin hakimiyyət dövrünü kəskin tənqid edənlərdən biriyəm və düşüncələrimdə dəyişməzəm. Lakin Elçibəyin, hətta adi soydaşımızın belə şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm", - deyə deputat "Facebook" səhifəsində yazıb.

F.Ağamalı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri inkar olunmazdır.

"Həqiqətən də Ulu Öndərimiz olmasaydı, ölkəmiz hələ fəlakətlər içərisində çırpınmaqda idi. Bu nəhəng tarixi şəxsiyyətin adını önə çəkərək, milli müstəqilliyimizin və məmləkət bütövlüyümüzün səmimi carçılarından biri olan Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyyəsizlikdir. Belə birisinə ekran müstəvisdində böyük auditoriya vermək qəbuledilməzdir".

Açar sözlər:

Oxunub: 419