Oğlunun məzarını ziyarətə gedən qadın qəbir başında öldü

Oğlunun məzarını ziyarətə gedən qadın qəbir başında öldü

14:19     14 Sentyabr 2018 qebristanliq.JPG


Bakıda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

Femida.az publika.az-a istinadən xəbər verir ki, paytaxt sakini Nəsibova Nəcibə Əli qızı Badamdar qəsəbəsi ərazisində qəfil vəfat edib. Belə ki, dünən məzarlıqda həyat yoldaşı və oğlunun qəbrini ziyarət edən qadının halı orada pisləşib və o, hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, N.Nəsibova ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qadın   #Bakı  

Oxunub: 144