Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək
14:41 18 Sentyabr 2018
Sabah, sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edəcək.
Konsert proqramında vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunacaq.
Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış edəcəklər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupu əsrarəngiz rəqslərlə gecəyə xüsusi rəng qatacaq.
Tədbir 20:00-da başlayacaq. Konsertə giriş sərbəstdir.
Femida.az
Oxunub: 975
Oxşar xəbərlər
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarılıb
- Heydər Əliyev prospektində maşın aşıb
- Heydər Əliyev prospektində yol qəzası baş verib
- Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb
- Heydər Əliyev əmanəti Azərbaycan etibarlı əllərdədir
- Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
- Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI
- Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görülüb
- Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq