ABŞ səfirliyi Ermənistandakı laboratoriyaları barədə açıqlama verdi

ABŞ səfirliyi Ermənistandakı laboratoriyaları barədə açıqlama verdi


14:48     14 Sentyabr 2018 2018/09/lab_1536907735.jpg

"ABŞ hökuməti açıq laboratoriyaları təşviq edir və Ermənistandakı laboratoriyalara giriş məsələləri ilə bağlı qərarları Ermənistan hökuməti qəbul edir".


Femida.az ordu.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfirliyindən Rusiya mütəxəssislərinin Ermənistanda yerləşən ABŞ laboratoriyalarına girməsinə icazə verilməsi haqqında suala cavab verərkən bildiriblər.

Cavab məktubunda qeyd edilir:

"ABŞ hökuməti Ermənistan hökumətinə xəstəliklərə reaksiya verilməsi və uçotunun aparılması imkanlarının təkmilləşdirilməsinə dəstək verir. Baş nazirin son dövrlərdə qeyd etdiyi kimi, Səhiyyə və Kənd Təsərrüfatı Nazirliyi daxilində ictimai səhiyyə laboratoriyaları, o cümlədən bu müəssisələrə xarici rəsmi ziyarətçilərin daxil olması Ermənistan hakimiyyətinin tam nəzarəti altındadır. Ümumiyyətlə, ABŞ hökuməti açıq laboratoriyaları təşviq edir və Ermənistandakı laboratoriyalara giriş məsələləri ilə bağlı qərarları Ermənistan hökuməti qəbul edir”.

Xatırladaq ki, erməni mətbuatı ABŞ səfirliyindən Ermənistan baş naziri Nikol Pashinyanın rusiyalı alimlərin Ermənistanda ABŞ laboratoriyalarına daxil olmasına icazə verməsi barədə bəyanatına münasibət bildirməyi xahiş edib.

Femida.az

Açar sözlər:

Oxunub: 99