Gəmiçiliklə məşğul olanların nəzərinə! - Yoxlama aparılacaq


16:41     14 Sentyabr 2018 ekologiya-nazirliyi.jpg

"Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması və gəmilərdən çirkləndirmənin qarşısının alınması istiqamətində nəzarətin gücləndirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reydlərin keçirilməsinə başlanılıb".


Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov sentyabrın 14-də keçirilən brifinqdə deyib.

O bildirib ki, ETSN-in Ətraf Mühitin Mühafizə Departamenti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda gəmiçilik təsərrüfatı ilə məşğul olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində, “Xəzər Dəniz Neft Donanma” İdarəsində, “Dəniz Nəqliyyat Donanma” İdarəsində və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Təlim Tədris Mərkəzində “Ətraf mühitin mühafizəsi haqqında”, “Su məcəlləsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” qanunların və digər qəbul olunmuş normativ hüquqi aktların tələblərinin icra vəziyyəti araşdırılıb.

F.Mütəllimov əlavə edib ki, aparılan araşdırmalar zamanı adıçəkilən qurumların hamısında bu və ya digər qanuna riayət edilməməsi faktları aşkarlanıb: "Həmin faktlarla bağlı protokollar tərtib edilərək cərimələr tətbiq olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstərişlər” verilib. Bu istiqamətdə reydlər davam etdirilir".

Femida.az

Açar sözlər:

Oxunub: 270


Oxşar xəbərlər