Prezident TOTAL şirkətinin baş icraçı direktorunu qəbul etdi


20:08     14 Sentyabr 2018 2018/09/total-32_1536926952.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib.

Femida.az xəbər verir ki, görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri, “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı məsələlər müzakirə edildi.


Femida.az

Açar sözlər:

Oxunub: 222