Gürcüstanın turizm gəliri 2 mlrd. dolları ötüb
14:20 15 Sentyabr 2018
Bu ilin yanvar-avqust aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 2,2 mlrd. dollar təşkil edib.
Femida.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.
Sənədə əsasən, qonşu ölkə xarici turizmdən ən çox gəliri 441 mln. olmaqla avqust, ən az gəliri isə 157 mln. dollar olmaqla yanvar ayında əldə edib.
Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Gürcüstana 5 895 914 nəfər əcnəbi ziyarətçi səfər edib ki, onların da 956 057 nəfərini Azərbaycandan gedənlər təşkil edib.
Gürcüstana bu ilin sonuna qədər 8,5 mln. əcnəbi ziyarətçinin səfər edəcəyi, ölkənin xarici turizmdən əldə edəcəyi gəlirin isə 3 mlrd. dollardan çox olacağı proqnozlaşdırılır.
Femida.az
Oxunub: 724
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda zəlzələ olub