Dağda ölən şəxsin meyiti helikopterlə götürülüb


22:01     15 Sentyabr 2018 2018/09/3EC8509B-ACA2-4188-943F-EBD59C34D8ED_1537019007.jpeg

Qaxda dağlıq ərazidə ölən şəxsin meyiti helikopterlə götürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, Qax rayonunun İlusu kəndi yaxınlığında mürrəkkəb relyefli yüksək dağ massivində aşkar edilmiş Əsgərov Radiq Eldar oğlunun meyitinin götürülməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri başa çatıb.

R.Əsgərovun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və Aviasiya dəstəsinin "Mi-17" helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.​

Femida.az

Açar sözlər:

Oxunub: 1027