Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri nəşr olundu
11:27 18 Sentyabr 2018
“Elm” nəşriyyatı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda saxlanan şəxsi arxivinin təsvirini çap edib. Bu barədə Femida.az-a Məhəmməd Füzuli adına Əlyazmalar İnstitundan xəbər verilib.
Təsvirdə Ü.Hacıbəylinin tərcümüeyi-halı, şəxsi sənədləri, notları və musiqi nəzəriyyəsi barədə tədqiqatlarının əlyazmaları, məktubları, ictimai fəaliyyəti ilə bağlı sənədlər və s. haqqında məlumatlar əksini tapıb.
Buradaki materialları fil.ü.f.d., mərhum tədqiqatçı Elmira Əlibəyli, elmi işçi Aytən İmanova təsvir etmişlər. Kitabın elmi redaktoru Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimovdur.
Femida.az
Oxunub: 847
Oxşar xəbərlər
- İlham Əliyev və birinci xanım Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər
- Şuşada Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq - VİDEO
- Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarıldı - FOTO
- Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində video çarx
- Musiqimizin Məcnunu — Üzeyir Hacıbəylinin doğum günüdür (VİDEO)
- Ermənilər Üzeyir Hacıbəylinin mahnısını oğurlayıblar
- Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edildi
- Anar “Üzeyir Hacıbəyli” medalı ilə təltif edilb
- Milli Musiqi Günü - Üzeyir Hacıbəyli zirvəsi...
- Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək -Üzeyir Hacıbəylinin xatirəsinə