Havalar soyuyur - Sabah yağış yağacaq


12:53     18 Sentyabr 2018 yagisli%20hava.jpg

Artıq havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enməyə başlayacaq.


Femida.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın verdiyi xəbərə görə, rayonlarda bəzi yerlərdə şimşək çağacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı dağlıq və dağ ətəyi rayonlarda yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Gülşad Məmmədova "Bu yaxın iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcəyədək aşağı enəcək" deyib.

Açar sözlər:

Oxunub: 599