Paşinyan ABŞ səfərini təxirə saldı – Səbəb


10:09     19 Sentyabr 2018 18_09_19_1537337449.jpg


Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri ertələnib.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Paşinyan öz Feysbuk səhifəsindəki canlı yayım zamanı paylaşıb. Paşinyan buna səbəb kimi İrəvan Şəhər Şurasına keçiriləcək seçkidə səs verməsini göstərib:

“Mənə deyirdilər ki, 20 və ya 21 sentyabrda gedib, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək lazımdır. Lakin mən qərara gəldim ki, hər şeyi 23 sentyabra qədər təxirə salım və seçkidə səs verim”.

O, bütün İrəvan əhalisini seçkiyə səsləyib və onlardan Mənim Addımım Blokuna səs vermələrini istəyib.

Femida.az

Açar sözlər: #Paşinyan   #siyasət   #ABŞ  

Oxunub: 524