“Qeyrət-namus” yoxsa affekt halı? - ARAŞDIRMA


15:18     14 May 2015 affekt.jpg


“Daha çox kişilərdə affekt halına rast gəlinir.”

Femida.az affekt vəziyyəti, bu vəziyyətdə baş vermiş cinayət hadisələri və məsuliyyəti mövzusunda araşdırma aparıb.

Son dövrlərdə baş verən cinayət hadisələri, qadın qətlləri daha çox namus-qeyrət donu geyindirilir. İnsan haqları və hüquqdan xəbərsiz olmaq isə belə hallara haqq qazandırmağa münbit şərait yaradır.

Sevdiyi qızla görüşə gedən oğlan cibində bıçaq götürür. Qızı amansızcasına qətlə yetirir. Qətldən sonra oğlanın addımı affekt halı kimi qiymətləndirilir.

Mətbuatda bu mövzuda cinayət işləri barədə kifayət qədər nümunələr var. Misal olaraq, illər öncə Goranboyda baş vermiş bir cinayət hadisəni xatırladaq.

Qonşular arasında mülk üstündə yaranan mübahisə sonda qanlı cinayətə gətirib çıxardı. Ata evə qayıdarkən oğlunun başının kəsildiyini görür və qeyr-ixtiyari affekt halına girir. O, da oğlunun qatilini bu üsulla qətlə yetirir. Ancaq məhkəmə prosesində qətli necə törətdiyini anlaya bilmir. Buradan da göründüyü kimi qətl hadisəsi ani bir zamanda baş verir. Bəzən dediyiklərimizin əksinə də olur. Cinayətkar hadisəni başqa vəziyyətdə törətsə də, sonda məhkəmədə bu affekt halı kimi nəzərə alınır. Bu cür qeyri-dəqiq məqamlara aydınlıq gətirmək məqsədilə affekt halı anlayışının ümumi mənasına diqqət yetirək.

Latın dilindən götürülən sözün mənası “həyəcanlanma”, “ruhun titrəməsi”, “qorxu deməkdir”. Adından da göründüyü kimi belə vəziyyətdə olan insan özünə nəzarəti itirir. Bir anlıq nə etdiyinin fərqini anlamır.

Psixiatr, Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Araz Manuçehri:
Affekt halı nədir? Affekt halı tibbi anlamda qısa zamanda emosianal - psixoloji partlayış deməkdir. Affekt halı iki cür baş verə bilər. Fizioloji və pataloji. Fizioloji affektdə düşüncə daralır, insan hər şeyi görür, hər şeyi başa düşür. Sadəcə olaraq özünü idarə edə bilmir.Bu halda şəxsiyyət özünə nəzarətdən çıxır. Cinayət hadisələri zamanı belə hallarda törədilən insanlar məsuliyyətə cəlb edilir. Pataloji affekt bir qədər fərqlidir.Belə vəziyyətə düşən insanda qıcığa , stressə cavab reaksiya qat-qat yüksək olur. İlk olaraq insanın düşüncəsi pozulur.Özünə nəzarəti tamamilə itirir və mənəvilik pozulur. İnsan dərin yuxuya gedir.Vəziyyətdən çıxdıqdan sonra belə, nə baş verdiyi anlamır. Hətta bir müddət yaddaşında problemlər yaranır. Ani bir anları xatırlasa da ümumi baş verənləri unudur. Bu xəstəliyin yaranma səbəbi nədir? Pataloji affektin yaranmasında güclü emosianal strees dayanır. İnsan bu zaman nə anlayır, nə də başa düşür. Özünü idarə edə bilmir. Belə vəziyyətə düşən insanlar müxtəlif cür keçirirlər. Məsələn, kiməsə işdən qovulmaq stressdir, kimin üçünsə yox.Yəni elə insanlar var ki, onlarda stressə dözüm güclüdür. Psixoloji cəhətdən qeyri-sağlam insanlar belə xəstəliyə tez tutulurlar. İnsanlar belə hallarda özünü xilas etmək əvəzinə həyatını məhv edirlər.
Ümumi praktikada affekt halının davam etmə müddəti müxtəlifdir. Bir neçə dəqiqədən tutmuş bir neçə saata qədər insan affekt halında qala bilər. Bəzən olur ki, dərin yuxuya getmə halları da olur. Bu bir neçə saat davam edir.İnsan sanki bir neçə dəqiqəlik ölür.

Affekt halı və yaş

Uşaqlarda bu vaxta qədər pataloji affektə rast gəlinməyib. Əsasən keçid dövründə və 45 yaşından yuxarı insanlarda belə hallara daha çox olur. Xüsusilə kişilərdə affektin əlamətlərinə çox rast gəlinir. Təkcə psixoloji sarsıntı keçirmiş insanlar yox, hətta tam sağlam adam belə, ağır stress keçirdikdə affekt halına düşə bilər.

Affekt halının fizioloji əlamətləri

Affekt halının ilkin əlamətləri insanın əvvəlki xasiyyətinə xas olmayan hərəkətlərində baş verir. Belə hallarda insan etdiyi hadisəni ört-basdır etməyə çalışır və özünü çox şübhəli aparır. Affekt halına meyilli insanların heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotik maddələrdən və ya spirtli içkilərdən istifadə edənlərdə özünü daha çox büruzə verir.
Femida.az növbəti yazıda tibbi ekspertizada yaranmış dilemmalar haqda araşdırma edəcək.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3071


Oxşar xəbərlər