Cəlilabadda dəhşət - Qonşuya talvar tikən usta yıxılıb öldü


10:40     21 Sentyabr 2018 2018/09/evin_dami_110918_1537512134.jpg

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Kənd sakini, 1959-cu il təvəllüdlü Xanəliyev Çingiz Qabil oğlu həmkəndlisi Nəhmətov Famil Əşrəf oğluna məxsus evin talvarına şifer vurarkən ehtiyatsızlıqdan 6 metr hündürlükdən yıxılıb. Ç.Xanəliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1708