Prezident və birinci xanım Bakıda dünya çempionatının açılış mərasimində


14:53     21 Sentyabr 2018 18_09_21_1537527222.jpg


Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvləcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olundu.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan etdi.

Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasnın himnləri səsləndirildi.

Femida.az

Açar sözlər:

Oxunub: 799