" Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir " - Prezident
15:36 21 Sentyabr 2018
"Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir".
Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı qeyd etdi ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib.
İlham Əliyev bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. "Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir", - deyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.
Femida.az
Oxunub: 441
Oxşar xəbərlər
- " Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etdi " - Prezidentdən səfirə
- " Ermənistan yeni hərbi cinayətlər üçün zəmin hazırlayır " - Hikmət Hacıyev
- "Ermənistanın humanitar atəşkəsin arxasında gizlənərək mülki əhalini atəşə tutur"
- " Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi " - Hikmət Hacıyev
- "Qaçqınkom"a 42,5 milyon manat ayrıldı
- " ABAD "da yeni kadr təyinatı olub
- " Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir " - Prezident
- " Bağdadinin öldürülməsi terrorizmlə mübarizədə dönüş nöqtəsidir " - Ərdoğan
- " Türkiyə daim bizim yanımızdadır " - Novruz Məmmədov
- " Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır " - Nazirlik