BMT İdliblə bağlı açıqlama verdi


19:32     21 Sentyabr 2018 2018/09/1537530382_1537533300.jpg

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Türkiyə Prezidenti Ərdoğan və Rusiya Prezidenti Putin arasındakı silahlardan təmizlənmiş bufer zona yaradılması haqqında razılaşma tamamilə tətbiq olunarsa, 1 milyonu uşaq 3 milyon vətəndaşın fəlakətdən xilas edilə biləcəyini deyib.



25 sentyabrda başlayacaq BMT-nin 73-ci Baş Assambleyası Görüşlərindən öncə BMT Baş Qərargahında keçirdiyi mətbuat konfransında danışan Quterreş çoxmillətli sistemin təhlükədə olduğu xəbərdarlığı edərək, dünya liderlərini beynəlxalq əməkdaşlığa çağırıb. İdlibdə atəşkəsin qorunmasına yönələn Soçi Razılaşmasına dair Quterreş bunları deyib:

"Türkiyə Prezidenti Ərdoğan və Rusiya Prezidenti Putin arasındakı silahlardan təmizlənmiş bufer zona yaradılması haqqında razılaşma tamamilə tətbiq olunarsa, 1 milyonu uşaq olmaqla, 3 milyon vətəndaşı fəlakətdən xilas edilə bilər". Antonio Quterreş Soçi razılaşmanın həyata keçirilməsi, mülki vətəndaşların qorunması və Cenevrə prosesinin irəliləməsi üçün bütün tərəflərə çağırış edərək, BMT Təhlükəsizlik Şurasında ABŞ Prezidenti Trampın gələn həftə hədəf alması gözlənilən İran nüvə razılaşmasına isə dəstəyini təkrarlayıb.

Trampın çoxmillətli sistemi təhdid edib-etmədiyi istiqamətindəki bir sualı isə Quterreş cavabsız buraxıb və gələn həftə dünya liderlərinə müraciətində çoxmillətli sistemi qorumağın zəruriliyini qeyd edəcəyini söyləyib.

ABŞ-ın maliyyə dəstəyi verməyi kəsdiyi BMT-nin Fələstinli Qaçqınlara Yardım Təşkilatı (UNRWA) ilə bağlı da Quterreş UNRWA üçün əlavə fondları olduğunu və qurum dəstəkli məktəbləri, dövrün sonuna qədər vəsait köçürüləcəyi zəmanəti olmasa da açmağa qərar verdiklərini qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1286