Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib
18:12 22 Sentyabr 2018
Sentyabrın 22-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, respublikamızda ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılması, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə aksiyası keçirib.
Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində yarımadanın iqlim şəraitinə uyğun beş yüzdən artıq müxtəlif növ ağaclar əkilib, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.
Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Oxunub: 897
Oxşar xəbərlər
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub"
- Qadın əməkdaş Baş Prokurorluqda yüksək vəzifəyə təyin edilib
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"