Kenquru ətindən kolbasa satılır? – Rəsmi


20:41     08 Oktyabr 2015 1444298895.jpg

Bakıda mağazalarda kenquru ətindən olan kolbasaların satılması xəbəri kökündən yanlış məlumatdır.


Femida.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev Bakı mağazalarında kenquru ətindən hazırlanmış kolbasaların satışı ilə bağlı danışarkən deyib.

İ.Abdullayev bildirib ki, kenquru ətinin kolbasaya qarışdırılması standartlarda nəzərdə tutulmayıb:

"Başqa ətlər - at və maral əti kolbasaya qarışdırıla bilər. Bakıda kenquru ətindən olan kolbasaların satılması yalan məlumatdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda mağazalardan birində satılan kolbasanın tərkibində kenquru əti olması ilə bağlı məlumatlar yayılmışdı.

Açar sözlər:

Oxunub: 1898


Oxşar xəbərlər