Türkiyə cüdo yığması Bakıda tarix yazdı
20:15 23 Sentyabr 2018
Türkiyə milli komandası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ilk medalını qazanıb.
81 kq çəki dərəcəsində yer alan Vedat Albayrak bürünc medala sahib olub.
25 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə polşalı Damian Şvarnoveçkini 71 saniyəyə ipponla məğlub edib. Bu, Türkiyə millisinin dünya çempionatlarında 17 ildən sonra ilk medalıdır.
Digər bürünc medala almaniyalı Aleksander Veçerjak sahib olub. O, 3-cü yer uğrunda görüşdə həmyerlisi Dominik Resseli vazari xalı ilə üstələyib.
Bu çəkidə qızıl medalı İran təmsilçisi Səid Mollayi qazanıb. O, finalda yaponiyalı Sotaro Fujivaranı əlavə vaxtda ipponla yenib.
Yaponiya millisi qadınların mübarizəsində də günü qızıl medalsız başa vurub. 63 kq çəki dərəcəsindəki "Gündoğar ölkə" təmsilçisi Miku Taşiro finalda fransalı Klariss Aqbennenuya uduzub. Aqbennenu indiyədək Bakıda bir bürünc medalı olan Fransaya ilk, özünə isə karyerasında üst-üstə dördüncü dəfə dünya çempionluğu bəxş edib. Əvvəllər o, 2014 və 2017-ci il dünya çempionatlarında fərdi, 2011-ci ildə komanda yarışında qızıl medal qazanıb. 26 yaşlı idmançının 3 Avropa çempionluğu (2013, 2014, 2018) da var.
Bürünc medalları isə sloveniyalı Tino Trstenyak və hollandiyalı Yuul Franssen əldə edib. Onlar üçüncü yer uğrunda görüşdə müvafiq olaraq, kubalı Maylin Del Toro Karvaxal və almaniyalı Martina Traydosu yeniblər.
Qeyd edək ki, Vedat Albayrakın əsl adı Vane Revazişvilidir. Əvvəlcə Gürcüstanı təmsil edən Revazişvili sonradan Yunanıstana yollanaraq, Roman Mustropulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində hazırkı ad-soyadı ilə çıxış edir.
Oxunub: 924
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq