Oteldə öldürülən qızla bağlı DİN-dən açıqlama - YENİLƏNDİ
12:36 24 Sentyabr 2018
Sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki otellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
DİN-dən Femida.az-a verilən məlumata görə, “İsti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
***
Abşeron rayonunda oteldə qətl baş verib.
Femida.az report-a istinadən xəbər verir ki, "Oskar” otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı Aysel Orucovanı bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Femida.az
Oxunub: 2555
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb